Aİ Belarusa qarşı sanksiyaların müddətini uzatdı
Sosial
28-02-2023, 10:06
260

Bu barədə şuranın bəyanatında deyilir.
Qərar, sənəddə qeyd olunduğu kimi, “ölkədə vəziyyətin davam edən ciddiliyini, həmçinin Belarusun Rusiya hərbi əməliyyatlarında davamlı iştirakını” nəzərə alaraq qəbul edilib.
Qeyd edək ki, 2020-ci ilin avqust ayından etibarən Aİ Belarusa qarşı sanksiyalar tətbiq edir. Məhdudlaşdırıcı tədbirlər Aİ ölkələrinə səyahət qadağası, bir sıra fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulmasından ibarətdir. Ümumi siyahıya hazırda Prezident Aleksandr Lukaşenko da daxil olmaqla 195 nəfər, həmçinin 34 təşkilat daxildir.
Mənbə: mk.ru