Prezidentdən jurnalistlərin yaşayış binasına dair növbəti SƏRƏNCAM » Memur.az

Prezidentdən jurnalistlərin yaşayış binasına dair növbəti SƏRƏNCAM

Prezidentdən jurnalistlərin yaşayış binasına dair növbəti SƏRƏNCAM

Binanın tikintisinin davam etməsi üçün 5 milyon manat ayrılıb


Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamdan irəli gələn maliyyələşməni təmin etməlidir.