Çavuşoğlu: “Türkiyə İraqın ərazi bütövlüyünü pozmaq niyyətində deyil” » Memur.az

Çavuşoğlu: “Türkiyə İraqın ərazi bütövlüyünü pozmaq niyyətində deyil”

Çavuşoğlu: “Türkiyə İraqın ərazi bütövlüyünü pozmaq niyyətində deyil”Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi İraqın ərazi bütövlüyünü pozmaq niyyətində deyil və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün burada əməliyyat keçirir.

“İraq tərəfi öz ərazisindəki PKK terrorçularından niyə narahat deyil? Biz İraqın ərazi bütövlüyünü pozmuruq, belə bir niyyətimiz yoxdur. Sərhədlərimizin təhlükəsizliyini, vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyik, terrorla mübarizə aparacağıq”, - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi bazar ertəsi İraqın şimalında PKK yaraqlılarına qarşı hərbi əməliyyata başlayıb.

Mənbə: “RİA Novosti”