Ramin Zamanov: “Azərbaycana ov üçün gələn turistlər 3 kateqoriyaya bölünəcək” » Memur.az

Ramin Zamanov: “Azərbaycana ov üçün gələn turistlər 3 kateqoriyaya bölünəcək”

Ramin Zamanov: “Azərbaycana ov üçün gələn turistlər 3 kateqoriyaya bölünəcək”“Azərbaycana ov üçün gələn turistlərin 3 kateqoriya üzrə bölünməsi planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu zamanı Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov bildirib.

Onun sözlərinə görə, zonalar - yaşıl, sarı və qırmızı rənglər üzrə bölünəcək:

“İlk qrup yaşıl zonaya şamil ediləcək. Burada ovçuluq lisenziyası alıb və heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sarı zonaya daxil olanlar müəyyən qədər qanun pozuntusuna cəhd edən, qırmızı zonaya isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək”.

O qeyd edib ki, qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlər görüləcək:

“Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindəyik”.