Bu il 33 üçəm doğulub » Memur.az

Bu il 33 üçəm doğulub

Bu il 33 üçəm doğulub

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5% artaraq bu il iyun ayının 1-i vəziyyətinə 9636,3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i isə qadınlardan ibarətdir.

Bu ilin yanvar-may ayları ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qızlardır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub.

Bu ilin ilk 5 ayı ərzində ölkədə 23,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,3-dən 6,0-a qədər azalıb.