DSMF sədri: “Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manatdır” » Memur.az

DSMF sədri: “Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manatdır”

DSMF sədri: “Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manatdır”“2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb:

“Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.