İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi » Memur.az

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç.Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm.