Polis rəisi yeni vəzifəyə TƏYİN edildi » Memur.az

Polis rəisi yeni vəzifəyə TƏYİN edildi

Polis rəisi yeni vəzifəyə TƏYİN edildiDaxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru İkram Məmmədov Əlibaba oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb.