Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə nazirlərinin görüşündə iştirak edəcək - YENİLƏNİB » Memur.az

Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə nazirlərinin görüşündə iştirak edəcək - YENİLƏNİB

Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə nazirlərinin görüşündə iştirak edəcək - YENİLƏNİBAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

09:24

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfərə gedib.

“Report”un əldə etdiyi məlumata görə, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq.