Yol polisində yeni TƏYİNAT » Memur.az

Yol polisində yeni TƏYİNAT

Yol polisində yeni TƏYİNATDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Elşən Abbasov Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Siyəzən Rayon Polis Şöbəsinin DYP bölməsində çalışıb.