Azərbaycan və Türkiyə arasında regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub » Memur.az

Azərbaycan və Türkiyə arasında regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan və Türkiyə arasında regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunubAvqustun 17-də İstanbulda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşü olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 15-ci İstanbul “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində səmimilik şəraitində keçirilmiş görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinə, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.Azərbaycanın dövlət sərhədi istiqamətində Ermənistan tərəfindən son vaxtlar atəşkəsin pozulması və hücum cəhdlərinin baş verməsinin müzakirə olunduğu görüşdə nazir Hulusi Akar bildirib ki, Türkiyə haqlı mübarizəsində bundan sonra da Azərbaycanın yanında olacaq.

Görüşdə Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə də iştirak edib.