Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub » Memur.az

Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub

Zakir Həsənov Latviyanın hərbi obyektlərində olub

Latviyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkənin “Adaji” hərbi bazası, Hücumun birgə idarə edilməsi terminalı, Partlayıcı maddələrin zərərsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və “SWATH” patrul gəmisini ziyarət edib.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ziyarət zamanı Azərbaycanın müdafiə nazirini Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Raimonds Qraube müşayiət edib.

Qeyd edək ki, Z. Həsənovun Latviyaya səfəri bu gün başa çatacaq.