Azərbaycan və Rusiya arasında imzalanmış sənəd təsdiqləndi - FƏRMAN » Memur.az

Azərbaycan və Rusiya arasında imzalanmış sənəd təsdiqləndi - FƏRMAN

Azərbaycan və Rusiya arasında imzalanmış sənəd təsdiqləndi - FƏRMAN“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokol təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, protokol 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanıb.