Deputat Xarici İşlər Nazirliyinə müraciət etdi - SƏBƏB » Memur.az

Deputat Xarici İşlər Nazirliyinə müraciət etdi - SƏBƏB

Deputat Xarici İşlər Nazirliyinə müraciət etdi - SƏBƏBMilli Məclisin iclasında deputat Fəzail Ağamalı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, F. Ağamalı bildirib ki, Azərbaycan XİN ATƏT-in Minsk Qrupunun həmsədr institutunun ləğvi ilə bağlı məsələ qaldırmalıdır.

“Həmsədrlər onsuz da bir iş görmürlər, Kəlbəcərdəki son hadisə ilə bağlı da bir bəyanat vermədilər. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ qaldırmalıdır ki, həmsədrlik institutu ləğv edilsin”, - deyə millət vəkili əlavə edib.