Tarix : 6-01-2021, 23:57 | Bölmə: siyaset

İlham Əliyev: “Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub”Ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Bununla bağlı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə danışıb. 

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. 

Prezident İlham Əliyev qeyd edib ki, bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Oxşar xəbərlər