Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdi - MÜRACİƏTLƏR » Memur.az

Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdi - MÜRACİƏTLƏR

Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdi - MÜRACİƏTLƏRAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçılara qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.

Müraciət edənlər bildirirlər ki, Ali Baş Komandan Azərbaycan tarixinə qızıl hərflərlə yazılan yeni şanlı və qürurlu səhifə yazdı, “Qarabağ Azərbaycandır!” şüarını həyata keçirdi. 

Prezidentimiz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardı. Əminik ki, erməni işğalçıları üzərində qazandığı parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaq.

Müraciətlərdə qeyd edilir ki, biz çox xoşbəxt xalqıq, çünki Ali Baş Komandan kimi əvəzolunmaz Liderimiz var.