Baş Nazir Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib » Memur.az

Baş Nazir Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib

Baş Nazir Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı veribAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.