Tarix : 2-11-2020, 23:00 | Bölmə: siyaset

Xalq Prezidenti “Tarix yazan sərkərdə” adlandırır - MÜRACİƏTLƏRAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciətlərdə bildirilir ki, Ali Baş Komandanın mediaya müsahibələr verərkən səsinin ahəngi belə işğalçılara qarşı mübarizədə qələbənin ahəngi anlamına gəlir.

Xalq Prezidenti tarix yazan sərkərdə adlandırır. Bildirirlər ki, vətəndən kənarda yaşayan azərbaycanlılar da Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə Ali Baş Komandanın rəhbərliyi altında azad olunacağına və ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin ediləcəyinə qəti inanır, həsrətlə Qələbə gününü gözləyir.

Oxşar xəbərlər