Tarix : 14-10-2020, 12:23 | Bölmə: siyaset

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə Ermənistanın dinc sakinləri hədəfə almasını müzakirə edib - YENİLƏNİBBu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazirlər bölgədəki mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutması, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

23:21

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

“Anadolu Agentliyi” bu barədə Türkiyə XİN-dən məlumat əldə edib.

Bildirilib ki, telefon danışığında son proseslər müzakirə olunub.

Nazirlər bu istiqamətdə apardıqları danışıqlar və görülən işlərlə bağlı bir-birilərini məlumatlandırıblar.

Oxşar xəbərlər