Hər bir vətəndaş cənab Prezidentin ətrafında sıx birləşməlidir » Memur.az

Hər bir vətəndaş cənab Prezidentin ətrafında sıx birləşməlidir

Hər bir vətəndaş cənab Prezidentin ətrafında sıx birləşməlidir
“Dünyadakı baş verən proseslərə baxmayaraq, Azərbaycan inkişaf edir və bu göz qabağındadır. Ölkəmizin yerləşdiyi geosiaysi məkanda oynadığı rol, xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması yönündəki fəaliyyəti hamıya məlumdur. Təbii ki, Azərbaycan dünayaya inteqrasiya edib və dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməzdi”.
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin dayanıqlı iqtisadi inkişaf stategiyası sayəsində həmişə öz inkişaf tempini təmin edəcək. Dünyada qlobal maliyyə-iqisadi böhranın fonunda ölkəmizin sosial-iqtisadi inkişafı üçün davamlı olaraq addımlar atılır. Sahibkarlığın inkişafı üçün atılan addımlar, onlara qarşı süni maneələrin aradan qaldırılması, yoxlamaların azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi, infrastukur layihələrin dayanmadan həyata keşirilməsi buna sübutdur. Aqrar sahənin inkişafı üçün də ciddi addımlar atılır. Belə ki, suvarma sistemlərinin yenidən qurulması, su anbarlarının tikintisi dövriyyədən çıxmış torpaqların yenidən istifadə edilməsi ücün ciddi addımlardır. Bütün bunlar iqisadiyyatın neftdən asılılığının azaldılması üçün görülən ən mühüm tədbirlərdən biridir.
“Dünyada baş verən proseslərə ölkəmiz adekvat cavab verir. Əlbəttə, dünyada neftin qiymətinin kəskin ucuzlaşması Prezidenimizin qeyd etdiyi kimi iqtisadi yox, siyasi amillərlə bağlıdır. Hər bir vətəndaş Azərbaycan naminə cənab Prezidentin ətrafında sıx birləşməlidir. Hər birimiz öz işimizlə düzgün məşğul olarıqsa neqativ prosesləri önləmiş olarıq. Prezidentimizin verdiyi qərarlar, Onun qətiyyətli addımları yaranmış vəziyyətdən sui-istifadə etmək istəyənlərə tutarlı cavabdır. Dövlət başçısının atdığı addımlar vətəndaşların maraqlarına xidmət edir. Biz insanlar arasında izahat işləri aparmalıyıq, bu prosedə KİV-lərin də rolu var. Hazırda yerlərdə icra strukturlarının nümayəndələri insanlarla görüsüb onları dinləyirlər. Yəni problemlərin həlli ilə bağlı sistemli tədbirlər həyata keçirilir”.
Bu günlərdə Tovuz rayonu istiqamətində təxribat törədən düşmən atəşkəs rejimini kobud surətdə pozaraq torpaqlarımıza soxulmaq istədi və layiqli cəzasını aldı. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun yüksək peşəkarlığı və qətiyyəti, əsgər və zabitlərimizin şücaəti sayəsində mənfur düşmənə sarsıdıcı zərbələr endirildi, onların bir neçə dayaq nöqtəsi, xeyli hərbi texnikası və silah-sursat anbarı, eləcə də onlarla canlı qüvvəsi məhv edildi. Ciddi itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur oldu. Tovuzda törətdikləri təxribatla ermənilər özlərini həm də dünya miqyasında biabır etdilər.
Son qanlı döyüşlərdə bizim də itkilərimiz oldu, şəhidlər verdik, amma Vətən torpağının bir qarışını da itirmədik. Vətən sadəcə sərhəd dirəkləri ilə əhatələnmiş ərazi deyil, Vətən - içimizdə, qəlbimizdə var olan müqəddəs duyğudur, Vətən – şəhid qanı ilə suvarılmış torpaqdır! Haqq dünyasına qovuşmuş şəhidlərimizə Allah rəhmət eləsin və yaralı əsgərlərimizə şəfa versin! Onlardır bayrağımızı bayraq, torpağımızı Vətən edənlər!
Torpaqlarımızı işğalçılardan təmizləmək üçün bu gün Vətənin bizim birliyimizə daha çox ehtiyacı var. Belə məqamlarda kimliyindən, tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq, hamımız bir məqsəd, bir amal uğrunda ölkəmizin Prezidenti və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik, Silahlı Qüvvələrimizə dəstək olmalıyıq.
Biz hamımız hörmətli Prezidentimizin çağırışına qoşularaq, Vətənimizin müdafiəsinə və Ordumuza hər çür dəstək verməyə hazır olduğumuzu, eyni zamanda, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildiririk.

Bayram Səfərov
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı