Kamran Əliyevdən yeni TƏYİNATLAR » Memur.az

Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kamran Əliyevdən yeni TƏYİNATLARProkurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. 

Qeyd edək ki, Rauf Gözəlov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamınının müdafiəsi üzrə şöbəsinin prokuroru, Nazim Babayev Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru idi.