Ərdoğan Azərbaycana gəlir » Memur.az

Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də Bakıya gələcək. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək Türkiyə prezidenti ölkə rəhbərliyi ilə yanaşı, mərasimdə iştirak edəcək digər dövlətlərin rəhbərləri ilə də görüşəcək.

Qeyd edək ki, Türkiyə oyunlarda 19 idman növü üzrə 192 idmançı ilə təmsil olunacaq.