Tarix : 9-06-2015, 00:53 | Bölmə: siyaset

Putin prezident İlham Əliyevlə Dağlıq Qarabağ problemini müzakirə edəcək

Rusiya prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər proqramı açıqlanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün iyunun 12-13-də Azərbaycanda səfərdə olacaq V. Putinin Bakıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşü gözlənilir: "İyinin 13-də isə Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılacaq. Danışıqlarda ikitərəfli münasibətlər müzakirə oluncaq".

Y. Uşakov Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını da söyləyib: "Rusiya liderinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşü gözlənilir".

Oxşar xəbərlər