Satıcı qızlar mağaza müdirini döydü » Memur.az

Satıcı qızlar mağaza müdirini döydü

Satıcı qızlar mağaza müdirini döydü

Hadisə paytaxtın mərkəzindəki mağazalardan birində baş verib

Bakıda mağaza sahibi satıcılarından polisə şikayət edib. Lent.az-ın məlumatına görə, ərizə ilə 9-cu Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Göküş Neslihan Yaşar qızı bildirib ki, sahibi olduğu mağazanın satıcıları ona qarşı xuliqanlıq edib. Şikayətçi qeyd edib ki, Rəsulzadə küçəsi 5 ünvanında yerləşən “Bambi” ayaqqabı mağazasının müdiridir. Bir neçə gün əvvəl mağazada onunla satıcıları – 1992-ci il təvəllüdlü Teymurova Mətanət Ədalət qızı və 1991-ci il təvəllüdlü Əhmədova Nigar Vidadi qızı arasında narazılıq yaranıb. Bu zaman hər iki satıcı mağaza müdirini döyüblər. Şikayətçinin sözlərinə görə, satıcılar piştaxtaları sındıraraq ayaqqabıları yerə dağıdıblar.

N.Göküşun polisə müraciətindən sonra qarşı tərəf də bölməyə ərizə yazaraq oxşar məzmunlu şikayət ediblər.

Hər iki müraciət əsasında zəruri araşdırmalar aparılır.