İlham Əliyev Davudoğlunu təbrik etdi » Memur.az

İlham Əliyev Davudoğlunu təbrik etdi

İlham Əliyev Davudoğlunu təbrik etdi

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğluna başçılıq etdiyi partiyanın seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir.
Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.