Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi » Memur.az

Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi

Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildiMüddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə videomüşavirə keçirilib.

Dövlət Xidmətindən Memur.Az-a verilən məlumata görə, SHXÇDX-nin rəisi, general-leytanant Arzu Rəhimov koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilməsi və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin aprel çağırışının müddətinin may ayının 31-dək uzadılması ilə əlaqədar görülən tədbirləri diqqətə çatdırıb. 

Xidmət rəisi vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması prosesinin şəffaf və mütəşəkkil qaydada həyata keçirilməsi, çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.