Şər və Böhtan yazanlara tutarlı cavab - Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır - Rövşən Əhmədov - ÖZƏL » Memur.az

Şər və Böhtan yazanlara tutarlı cavab - Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır - Rövşən Əhmədov - ÖZƏL

Şər və Böhtan yazanlara tutarlı cavab - Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır - Rövşən Əhmədov - ÖZƏL


Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə yaşlıların həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir. Onu da bildirək ki, qədim zamanlardan ağsaqqallar, ahıl insanlar yaşadıqları cəmiyyətin ən hörmətli və müdrik insanları hesab olunmuşlar. Onlara cavanlar, böyüklər hər zaman hörmətlə yanaşıb, fikirləri ilə də hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsindədir və onlara qulaq asıb dediklərinə əməl etməklə, məhz bu sərvətə sahib olmaq mümkündür.Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir.

Bəli, bu gün dövlət-hakimiyyət orqanlarının başlıca məqsədi sovet dönəmindən qalma bir məsələyə, yəni şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına, mərkəzi ərazilərlə bərabər, ucqar ərazilərdə də yaşayan sakinlərin üzləşdiyi problemlərin qısa müddət ərzində həllinə nail olmaqdır. Belə bir səbəb üzündən də, indiyə kimi bu yöndə bir neçə dövlət proqramı işlənib hazırlanmış və mərhələli şəkildə həlli də həyata keçirilmişdir. Həyata keçirilən islahat proqramlarının nəticəsi olaraq, bu gün şəhərlə kənd arasında fərqlər kifayət qədər aradan qaldırılmış, rayonlarda, kənd və qəsəbələrdə, iri yaşayış məntəqələrində, ucqar dağ kəndlərində və s. sosial problemlərin çoxu həllini tapmışdır. Əslində istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından asılı olur. Fakt budur ki, bu gün istənilən vəzifə sahibinin iş fəaliyyətinə, əksəriyyət tərəfindən ictimai münasibət göstərilir. Belə olan halda hər bir vəzifə sahibi məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrulda bilsin.Haqqında söhbət açdığımız şəxs, yəni Ağcabədi rayon icra başçısının birinci müavini Rövşən Əhmədov da, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirən vəzifə sahibidir.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Ağcabədi rayon icra başçısının birinci müavini Rövşən Əhmədov camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Ağcabədi rayon icra başçısının birinci müavini Rövşən Əhmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, və şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, heç bu sayt rəhbərləri Rövşən Əhmədovun adını belə düz bilmirlər.Həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Rövşən Əhmədovu nüfuzdan salmağa çalışırlar.

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Rövşən Əhmədovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Ona etibar edilən bütün postlarda Rövşən Əhmədov özünü doğruldub. Bizdə hörmətli Rövşən Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.