Prezident İlham Əliyev İsveç kralını təbrik edib » Memur.az

Prezident İlham Əliyev İsveç kralını təbrik edib

Prezident İlham Əliyev İsveç kralını təbrik edib

Prezident İlham Əliyev İsveç Kralı Əlahəzrət XVI Karl Qustava İsveç Krallığının milli bayramı münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
"Əlahəzrət,
İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram".