Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT » Memur.az

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNATEkologiya və Təbii Sərvətlər Nazirliyinin  yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə  rəhbər təyinatı olub. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib:

“Bu təyinata qədər o, Nazirliyin Dövlət  Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində  çalışır”.