Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR » Memur.az

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR“Azərişıq” ASC-də yenidən kadr dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) istismar şöbəsinin rəisi Araz Məmmədxanov qurumun texniki departamentinin direktoruna müşavir təyin edilib.

Belə ki, A.Məmmədxanov bu vəzifəyə qədər “Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qısa müddət əvvəl “Azərişıq” daxilində aparılan yerdəyişmə nəticəsində Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi Vahid Nəzərovla yerləri dəyişdirilib.

Hazırda Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Təyinatlarla bağlı  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.