99 saylı dairədə həm seçicilərin, həm də namizədlərin hüquqları pozulub » Memur.az

99 saylı dairədə həm seçicilərin, həm də namizədlərin hüquqları pozulub

99 saylı dairədə həm seçicilərin, həm də namizədlərin hüquqları pozulub

Məlumdur ki, ötən ilin dekabr ayının sonunda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası, Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi. Düzdür, belə bir təklifin verilməsi ilk vaxtlar cəmiyyətin müəyyən çevrəsində hansısa formada çaşqınlıq yaratsa da, az sonra məsələlərə tam çılpaqlığı ilə aydınlıq gətirildi. Yəni, atılan addımın mahiyyəti ictimaiyyətə açıq şəkildə izahı çatdırıldı ki, həyata keçirilən islahat proqramları ali qanunverici orqandan da yan keçməməlidir və bunu zamanın özü tələb edir. Hakim siyasi partiyanın Siyasi Şurasının irəli sürdüyü təklif parlamentin müzakirəsinə çıxarıldıqda, deputatlardan bir-iki nəfəri istisna olmaqla yerdə qalanları Milli Məclisin buraxılmasına səs verdilər. Beləliklə, atılan addımların qanuniliyi təsdiq olunduqdan sonra, ölkəmizdə 09 fevral 2020-ci il tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi qərara alındı. Məsələnin düşündürücü tərəfi odur ki, seçkilərin keçirilməsinə “start verildiyi” ilk gündəm tam əksəriyyətdə belə bir qənaət formalaşmışdı ki, bu seçkilər az-çox ədalətli keçiriləcək və seçicilər normal parlament formalaşdıra biləcəklər. Təəssüf hissi ilə qeyd edək ki, hər kəsin səbirsizliklə gözlədiyi gözləntilər heç də özünü doğrultmadı. Buna səbəb olan amillərdən ən əsası, təbliğat-təşviqat komaniyasının başlandığı ilk gündən, potensial namizədlərə qarşı “qara piar” kompaniyasının başlaması oldu. Belə ki, əksər dairələrin əhatə etdiyi ərazilərdə icra hakimiyyəti sturukturunda vəzifə sahibi olanlar, məhz seçicilərin potensial namizədlərlə keçirilən görüşlərinə maneəçilik yaratdılar, hətta açıq-aşkar şəkildə müdaxilə etməkdən də çəkinmədilər. Daha faciəli hal isə, məhz 9 fevral günü yaşandı. Yəni, həmin gün hər cür saxtakarlığı qol qoyuldu ki, belə dairələrdən biri də 99 saylı Şəmkir kənd seçki dairəsi oldu. Əldə olunan rəsmi sənədlərdən, həyata keçirilmiş bir çox çəkilişlərdən, məntəqələrdə təmsil olunan müşahidəçilərin tərtib etdikləri aktlardan və s. kimi əsaslı sənəd-sübutlardan bəlli olur ki, bu dairədə də total saxtakarlıqlara imza atılır.

Düşündürücü hal odur ki, 99 saylı Şəmkir kənd seçki dairəsində lazımi sayda seçici səsini toplayan, amma haqqına qovuşa bilməyən namizədlər artıq neçə gündür ki, baş verən haqsızlıqlara, hər cür qanunsuzluqlara qarşı haqq səslərini qaldırmaqdadırlar. Yəni, onlar əldə etdikləri fakt-sübutların araşdırılması üçün MSK-na müraciət etsələr də, adı çəkilən qurum problemləri araşdırıb lazımi tədbirlər görmək əvəzinə, hüquqları pozulmuş namizədlərin təqdim etdikləri sənədləri 99 saylı Şəmkir kənd seçki dairəsinə göndərib. Atılan belə bir addımların varlığı, məhz gözdən pərdə asmaqdan başqa bir şey deyil. Daha xoşagəlməz halın varlığı isə, məntəqələrdə təmsil olunan müşahidəçilərin bu gün “həsir-yesir” olunmalarıdır. Yəni, hal-hazırda müəyyən qüvvələr baş vermiş qanunsuzluqlara “ədalət donu” geyindirmək üçün, müşahidəçilərdən yazılı izahat tələb edib, onları “gözümçıxdıya” salmaqdadırlar. Baş verənlər də tam şəkildə onuu söyləməyə əsas verir ki, 9 fevral günü 99 saylı Şəmkir kənd seçki dairəsində də, hər cür qanunsuzluğa qol qoyulmuşdur. Belə bir səbəb üzündən də, həm seçicilərin, həm də namizədliyi qeydə alınmış şəxslərin Konstitusiya ilə qorunan və müdafiə olunan hüquqları tapdaqlar altına atılmışdır. Bundan əlavə, digər dairələrdə olduğu kimi bu dairədə də, hər kəsin seçki inistituna olan inamı heçə enmişdir.

Hazırladı: Xəlil Yusifoğlu