Prezident Moldova səfirini qəbul edib » Memur.az

Prezident Moldova səfirini qəbul edib

Prezident Moldova səfirini qəbul edib

Prezident İlham Əliyev iyunun 3-də Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısı İ. Bodiunun diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İqor Bodiu Azərbaycanın əsl dostu kimi ölkəmizi tərk edəcəyini qeyd edib. Moldovalı diplomatın sözlərinə görə, son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərini müşahidə etməkdə onun səfir kimi bəxti gətiribr. O, bütün bu uğurların prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi vurğulayıb.

İqor Bodiu ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrimizin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini deyib.