Göyçay rayonunda məmurlar təşviş içində » Memur.az

Göyçay rayonunda məmurlar təşviş içində

Göyçay rayonunda məmurlar təşviş içində

Təhsil, Maliyyə, Mədəniyyət və Turizm Şöbələrinin müdirləri və baş həkim keçmişdə buraxdıqları səhfə görə narahatlıq keçirirlər

Ötən günlərdə Azərbaycan prezidentinin sərəncamı ilə bir neçə icra başçısının yeri dəyişdirildi. Sərəncama görə, Quba rayonun İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Göyçay rayonuna icra başçısı təyin edildi. Qeyd edək ki, öz müsbət fəaliyyəti ilə fərqlənən M.Ağayev Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində çalışıb.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tərcümeyi-haldan da bəlli olduğu kimi, Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay rayonuna rəhbərlik edib. Amma icra başçısının yeri dəyişidiriləndə bəzi şəxslər onun barəsində xoşagəlməz fikirlər səsləndirərək, M.Ağayevin vaxtilə gördüyü müsbət işlərə kölgə salmağa çalışmışlar.
Əldə etdiyimiz məlumata görə, rayona Mübariz Ağayevin icra başçısı təyin edilməsindən sonra Göyçay rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev, rayon xəstəxanasının baş həkimi Famil Zeynalov, Maliyyə şöbəsinin müdiri Firdovsi Rəhmanov və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov təşvişə düşüblər. Hətta bildirilir ki, 2007-ci ildə M.Ağayev rayona rəhbərlikdən azad ediləndən sonra insanlar arasında xoşagəlməz fikirlərin yayılmasına bu adıçəkilən şəxslər böyük maraq göstəriblər.
Yeni təyin olunmuş icra başçısı bu qrumlara göz yumayacaq. Hörmətli Mübariz Ağayev öz sözünü demiş öz izini buraxmış başçılardandır....