Vilayət Eyvazovdan yeni TƏYİNAT » Memur.az

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNATDaxili işlər orqanlarında növbəti təyinat olub.

Memur.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, kapitan Rufan Həsənov Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nın DYP-nin keçmiş bölmə rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, sərəncama götürülüb.