Birliyin yaşadılmasında Həbib Misirovun əvəzsiz xidmətləri var » Memur.az

Birliyin yaşadılmasında Həbib Misirovun əvəzsiz xidmətləri var

Birliyin yaşadılmasında Həbib Misirovun əvəzsiz xidmətləri var

29 yanvar 2010-cu ildə yaradılmış, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin dəyərli və olduqca əhəmiyyətli nümunələrini yaratmış böyük ustad, mərhum Aşıq Şəmşirin adını daşıyır və hal-hazırda adı çəkilən bu birliyin rəhbəri isə, Qənbər Şəmşiroğludur. Birliyin yaradılmasında əsas məqsəd, milli mədəniyyətimizi, mədəni incilərimizi, adət-ənənələrimizi, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, hətta gələcək nəsillərə çatdırılmasına, Aşıq Şəmşir yaradıcılığının öyrənilməsinə, ona məxsus mədəni irsin qorunmasına, istedadlı gənclərə yardım edilib aşıq sənətinin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir. Bundan əlavə, müxtəlif kurslar və seminarlar, monitorniqlər, dəyirmi masa və görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları digər mədəni-kütləvi tədbirləri keçirmək də, birliyin əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

O da hər kəsə bəllidir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi milli mədəniyyətimizin, mədəni incilərimizin, folklor nümünələrimizin və aşıq sənətinin YUNESKO səviyyəsində təbliğ olunmasında da əvəzsiz rol oynayır. Birlik ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirləri, o cümlədən ayrı-ayrı seminarları, debatları, bilik olimpiadalarını, konfransları təşkil edir, gənc və istedadlı yazarların kitablarının işıq üzü görməsinə yardımçı olur, lazım gəldikdə sosial qayğıya ehtiyacı olan hər kəsə dəstək də göstərir. Bu birliyin fəaliyyət dairəsi təkcə bunlarla yekunlaşmır. Yəni, adı çəkilən bu qurum tərəfindən hər il xalqımızın görkəmli və istedadlı şəxsiyyətlərinin doğum və anım günlərində, Müstəqillik günündə, Respublika günündə, Bayraq günündə, Milli Qurtuluş günündə, həmçinin müqəddəs bayram günlərində ardıcıl tədbirlər proqramı həyata keçirilir, əlil və kimsəsiz uşaqlar üçün isə, xeyriyyə marafonları təşkil etmək də unudulmur.

İctimai birliyin qarşısına qoyduğu əsas vəzifələrdən biri də, məhz erməni qəsbkarlarının vətənimizə, millətimizə vurduqları maddi və mənəvi ziyanları, işğalçı erməni quldurlarının törətdikləri cinayətləri dünyaya car çəkməkdən də ibarət olur. Onu da vurğulayaq ki, ötən illər ərzində birlik tərəfindən dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə, Almaniyada, İsveçdə, RF-da və başqa dövlətlərin ərazilərində mədəniyyətimizin təbliği ilə bir neçə dəfə tədbirlər, şənliklər, elmi konfranslar və s. təşkil olunmuşdur. Bəli, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, hal-hazırda fəaliyyət istiqamətini qəbul olunmuş nizamnamə çərçivəsində davam etdirməkdədir.

Onu da unutmaq olmaz ki, İctimai birliyin ildənilə nüfuzunun artmasında, fəaliyyət dairəsinin daha da genişlənməsində, məhz birliyin sədr müavini Həbib Misirovun da əvəzsis xidmətləri olur. Əldə etdiyimiz məlumatlara görə, bu gün adı çəkilən şəxsin doğum günüdür. Belə bir əziz gün münasibətilə Həbib Misirovu səmimi qəlbdən təbrik edib, ona cansağlığı, uzun ömür, işlərində müvəffəqiyyətlər arzulamağı özümüz üçün bir borc bildik. Odur ki, doğum gününüz mübarək olsun deyirik!

Hazırladı: Xəlil Yusifoğu