Prezident:"Azərbaycan bu sahədə liderlik mövqeyini göstərib" » Memur.az

Prezident:"Azərbaycan bu sahədə liderlik mövqeyini göstərib"

Prezident:"Azərbaycan bu sahədə liderlik mövqeyini göstərib"

“Biz artıq 21-ci əsrin layihəsi olan- Cənub Qaz Dəhlizini həyata keçiririk”. SİA-nın məlumatına görə, bunu bu gün Bakıda 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Bakı-Tbilisi-Qars layihəsi də strateji layihədir: “Neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, bu işləri görə bilməzdik. Neft-qaz və onların ixracı sahəsində Azərbaycan strateji valyuta ehtiyatları əldə etdi. Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artıb, sosial məsələlər həllini tapıb. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən aslılığı böyük dərəcədə azalda bilmişik. İqtisadiyyatımızda neft amili 30 faiz təşkil edir. Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində böyük uğura imza atmışıq. Artıq neft amilindən daha az asılıyıq. Neftin qiyməti 2 dəfə azalsa da, bu il 5 faiz iqtisadi artım əldə etmişik. Qarşıda duran əsas vəzifə iqtisadiyyatı şaxələndirmək, neft-qaz amilindən daha da azaltmaq, icra edilməmiş böyük infrastruktur layihələri icra etməkdir bununla bərabər, enerji sektorunda qarşıda duran vəzifələr öz həllini tapacaq. Çünki bunun çox böyük əsası var. Neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq göstərir ki, Azərbaycanın xarici əmaəkdaşlığı səmərəli qurulub. Xüsusilə BP bizim əsas tərəfdaşımızdır, həm Əsrin Müqaviləsi, həm də Şahdəniz layihəsində aparıcı sərmayədardır. Bu əməkdaşlığın 20 ildən çox tarixi var. Bundan sonra 10 illiklər ərzində SOCAR və BP əməkdaşlığı davam edəcək. Azərbaycanda neft-qaz müqavilələri qanunla qorunur. Bu gün keçmişə baxaraq deyə bilərik ki, Azərbaycan enerji sahəsində layihələri vaxtı-vaxtında icra edib. Artıq Cənub Qaz Dəhlizinin icrası da başlayıb. Azərbaycan bu sahədə də öz liderlik mövqeyini bir daha göstərib. Xəzər qaxının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq əsas addımı atdı”.

Dövlət başçısı deyib ki, Əsrin Müqaviləsi imzalandığı gün – sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib : “Mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, Şahdənihz qazı Türkiyə və Gürcüstana ixrac ediləcək. TAP layihəsinin icrasında problem yaşanacağına inanmıram. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətlərini dərk edirlər. Burada heç əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki burada hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçılarıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımsızda heç bir süni mane olmamalıdır. Bu halda Azərbaycan qazı Avropaya nəql edilməyə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatları malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq. Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bir neçə yataqda iş aparılır, inanıram ki, təsdiqlənən ehtiyatlar daha böyük olacaq. Enerji marşurutlarının şaxələndirilməsinin böyük önəmi var. Bu yaxınlarda Avropa İttifaqının enerji siyasətində gedən proseslər göstərir ki, Azərbaycan çox önəmli tərəfdaş kimi qəbul edilir. Biz bunu yaxşı bilirik, öz rolumuzu yaxşı bilir və məsuliyyətimizi dərk edirik. Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi göstərir. Bütün bunlar Avropa və Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyəyə qaldıracaq. Biz istəyirik ki, Avropa İttifaqı ilə Azərbaycan arsında strateji tərəfdaşlıq formatı təşkil olunsun. Azərbaycanın düşünülmüş addımları Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bu, ölkəmizi gücləndirəcək, yeni siyasi və iqtisadi dvidentlər gətirəcək, nəticədə Azərbaycan xalqının daha yaxşı yaşaması təmin ediləcək. Azərbaycanda islahatlar davam edir. Azərbaycanda böyük beynəlxalq tədbirlər, toplantılar da keçirilir. Biz qısa müddətdə - 2 ildə Birinci Avropa Oyunlarına hazırlığı başa çatdırdıq. Bu, Azərbaycanın qüdrətini göstərir.