FHN-nin şöbə rəisinə universitetdə yüksək vəzifə verildi » Memur.az

FHN-nin şöbə rəisinə universitetdə yüksək vəzifə verildi

FHN-nin şöbə rəisinə universitetdə yüksək vəzifə verildiAzərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Universitetin mətbuat xidmətindən Memur.Az-a verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.
Malik Qarayev yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində, eyni zamanda, AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində çalışıb.

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.