Şirzad Əsgərovun misilsiz xidmətləri xalqımıza, dövlətimizə sədaqət nümunəsidir » Memur.az

Şirzad Əsgərovun misilsiz xidmətləri xalqımıza, dövlətimizə sədaqət nümunəsidir

Şirzad Əsgərovun misilsiz xidmətləri xalqımıza, dövlətimizə sədaqət nümunəsidir Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqillik hüququnu əldə etdikdən sonra, siyasi sabitliyin qorunub saxlanılması, vətəndaş sülhünün əldə olunması, qanunsuz hərbi birləşmələrin ləğvi, dövlət strukturlarının formalaşması və bəzilərinin işlək vəziyyətə gətirilməsi, cinayətkar qrupların zərərsizləşdirilməsi və s. yöndə lazımi addımların atılması, qarşımızda duran ən vacib məsələlər oldu. Həqiqət naminə etiraf edək ki, müstəqilliyimizin ilk illərində respublikamız bir çox təlatümlərlə, sarsıntılarla, qarşıdurmalarla üz-üzə qaldı və həmin vaxtlarda Azərbaycan polisinin üzərinə həm şərəfli, həm də məsuliyyətli yük düşdü. Belə ki, 1990-cı ilin əvvəllərində ümumi vəziyyət nə qədər çətin olsa da, həmin illərdə polis əməkdaşları qətiyyətli iradələrini ortaya qoymaqla, müstəqil dövlətimizin varlığını hər cür təhlükələrdən sovuşdura bildilər. Bəli, bu gün hər kəs təsdiq edə bilər ki, artıq Azərbaycan polisi ötən illər ərzində lazımınca formalaşmış və hal-hazırda təkmil bir qüvvəyə də çevrilmişdir. Yəni, polis əməkdaşları bir çox məsələ və probremlərin həllində, ələlxüsus dövlətçiliyimizə qarşı yönəlik addımların qarşısının alınmasında ən etibarlı qüvvə hesab olunur. Fakt odur ki, Azərbaycan polisi şərəfini, ləyaqətli adını qorumaqla, bu gün də məsuliyyətli yükün daşıyıcısıdır. İstər paytaxt Bakı şəhərində, istərsə də ətraf şəhər və rayonlarda, ən ucqar dağ kəndlərində olsa belə, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, cinayətkar qruplaşmalara qarşı lazımi mübarizə tədbirlərinin həyata keçirilməsində və s., polis əməkdaşlarının oynadıqları rolu heç vaxt unutmaq mümkün deyil.
Bir həqiqəti də qeyd edək ki, bu gün daxili işlər orqanlarında çoxsaylı polis əməkdaşları var ki, onlar fəaliyyətlərini elinə, obasına, doğma Vətəninə xidmətə həsr etməkdən, sanki zövq alırlar. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür, əsl insan ömrüdür”. Belə bir əqidə sahibi olan hər kəsin ömür yolları nə qədər çətinliklərlə üz-üzə qalsa da, daha çox mənalı, daha çox şərəfli və yaddaqalan olur. Haqqında bəhs etdiyimiz, tam əksəriyyətin hörmət və izzətlə yanaşdığı, haqqı nahaqqa qurban verməyən, ədalət anlayışını özünün əsas amalı hesab edən, bir sözlə xarakterik xüsusiyyəti ən ülvi insani hislərlə zəngin olan vəzifə sahiblərindən biri də, Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdur.
O da hər kəsə bəllidir ki, Şirzad Əsgərov uzun illərdir ki, daxili işlər orqanında çalışır və müxtəlif vaxtlarda ayrı-ayrı rayonlarda polis şöbələrinin rəisi vəzifələrini də daşıyıb. Bu şəxsin iş fəaliyyəti haqqında məlumatlı olan hər kəs bilir ki, o, daşıdığı vəzifəsini hər zaman vicdanla yerinə yetirib, dövlətimizin, xalqımızın marağını öndə tutub, yürüdülən dövlət siyasətinə lazımınca dəstək də olub. Bütün bunlara da əsas səbəb, Tovuz rayon Polis Şöbəsi rəisinin yüksək texniki biliyə, lazımi qabiliyyətə, zamanında düzgün qərar qəbul etmək bacarığına malik olmasıdır. Onun hər bir sakinə qarşı diqqət və qayğı ilə yanaşması, qanunun aliliyini əsas tutmaqla onların problemlərini həllnə dəstək göstərməsi yöndə addımlarını atması, insanların dövlətimizə, cənab Prezidentimizə inamının artması ilə nəticələnir. Bəli, Şirzad Əsgərov ona həvalə olunmuş vəzifənin məsuliyyətini lazımınca dərk etdiyindən, atdığı hər bir addımı yüksək peşəkarlıqla icra edir.
Onu da bildirək ki, polis orqanlarında çalışmaq, xalqına, dövlətinə vicdanla xidmət etmək, qanunun aliliyinin təmin olunmasında şərəfli vətəndaş borcunu yerinə yetirmək, Şirzad Əsgərovun əsas amalı olub. Sözsüz ki, bu gün də bir tarixdir və hal-hazırda xalqına, dövlətinə sədaqətlə xidmət edən Tovuz rayon Polis Şöbəsinin rəisi, müasir Azərbaycanımızın tarixində silinməz izlər buraxan vəzifə sahiblərindən biridir. İnanırıq ki, onun fəaliyyəti müasir tariximizin şanlı səhifəsinə birdəfəlik həkk olunacaq.
Bütün bunlara baxmayaraq, bu gün sosial şəbəkənin bəzi istifadəçiləri rayonun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyevanın ölümündə, Tovuz polisini hansısa formada ittiham edib, ictimai fikirdə xoşagəlməz rəy formalaşdırmağa çalışırlar. Amma, həmin şəxslər baş verən hadisə ilə bağlı açıqlama dərc edərkən onu unudurlar ki, bu gün heç bir şəhər və rayonda, kənd və qəsəbədə yaşayan hər kəsin üzərində ayrı-ayrılıqda polis nəzarətini həyata keçirmək mümkün deyil. Ona görə də, mərhum Nərmin Quliyevanın qatilinin öncədən belə bir fikirə düşməsini necə müəyyən etmək olardı ki, Tovuz polisi zamanında qatili belə bir yoldan çəkindirə biləydi?. Əgər belə bir addımı atmaq mümkündürsə, o halda dünyanın ən sivil ölkəsində oxşar olaya bənzər heç bir hadisə baş verməz. Deməli, bu cür və ya buna oxşar hadisələr həmin ölkələrdə də baş verirsə, o halda Tovuz polisini ittiham etməyin heç bir məntiqi əsası yoxdur. Sadəcə olaraq sosial şəbəkə istifadəçilərinə tövsiyyə edərdik ki, bu cür açıqlamaları ictimailəşdirərkən, məsələlərə öz prizmalarından deyil, daha geniş spektirdən yanaşsınlar. Yəqin ki, o halda “ağa ağ, qaraya qara” demək mükün olacaq.
Düşünürük ki, baş verən belə bir olayla bağlı dərc olunan açıqlamalar Tovuz polisi haqqında ictimai fikirdə hərhansı mənfi rəyin formalaşmasına əsas verməyəcək. Çünki, bu gün də rayonun ərazi hüdüdünda ictimai-siyasi sabitlik qorunub saxlanılır, vətəndaş polis münasibətləri tənzimlənir, hər kəsin haqqına-hüququna hörmətlə yanaşılr, problemli məsələlərin həlli qanunun gücünə əsaslanmaqla həllini tapır. Sözsüz ki, bu kimi amillərin varlığı, hər kəsin şəxsiyyətinə hörmət etdiyi, rəğbət hissi ilə yanaşdığı Tovuz rayon Polis Şöbəsinin rəisi cənab Şirzad Əsgərovun səriştəli idarəçiliyi əsasında əldə olunur.

Hazırladı: Amid Əliyev