Prezident: Hələlik mənə heç bir təklif verilməyib » Memur.az

Prezident: Hələlik mənə heç bir təklif verilməyib

Prezident: Hələlik mənə heç bir təklif verilməyibBir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı, yığışın, birlikdə təklifləri konkretləşdirin. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.

Prezident qeyd edib ki, bunun üstündən artıq uzun müddət keçib, ancaq hələlik ona heç bir təklif verilməyib:

“Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır”.