Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib » Memur.az

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edibAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

Memur.Az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” hesabında yazıb: 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.  

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”