Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin etdi » Memur.az

Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin etdi

Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni şöbə rəisi təyin etdiDaxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Növbətçi Hissəsinin rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mahir Məmmədov əvvəllər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.