Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir » Memur.az

Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir

Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir
“Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk”.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərir və bir daha sabitliyə, inkişafa inanmış olur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət davam etdirilir. 2016-cı ildə aprel döyüşləri Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu, düşmən üzərində hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji üstünlüyünü bir daha sübuta yetirdi. Bu reallıqlar həmçinin Ermənistanda hərbi-xunta rejiminin çöküşündə mühüm rol oynadı. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb, bunun nəticəsində işğalçı ölkə iqtisadi və siyasi böhrana sürüklənib.
Azərbaycan ümumiyyətlə müstəqilliyinin bu müddət ərzində çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edəcək, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar.
Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malikdir. Ölkəmiz İslam həmrəyliyinə müstəsna töhfələr verir. 2019-cu ildə də Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib. Prezident İlham Əliyev qeyd etdi ki, bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. “Yəni bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir”-deyə, dövlətimizin başçısı vurğulayıb.
2019-cu ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb.
Bütövlükdə, 2019cu il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı. 2019-cu il ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan inkişaf , tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq.
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 16 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
İham Əliyevin prezidentlik dövrünün 16 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Baba Rzayev
“Azərenerji” ASC-nin prezidenti