Nazir: Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial var » Memur.az

Nazir: Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial var

Nazir: Azərbaycan-Qazaxıstan əlaqələrini genişləndirmək üçün böyük potensial varBu gün Qazaxıstan 2050-ci ilə qədər inkişaf strategiyası çərçivəsində inamla inkişaf etməyə davam edir.

Memur.Az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bu ölkənin müstəqilliyinin 28-ci öldünümü ilə bağlı keçirilən rəsmi qəbulda bildirib. O qeyd edib ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində ölkəsi dünyanın 50 rəqabətə davamlı dövlətləri sırasına daxil oldu.

Səfir vurğulayıb ki, hazırki Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bundan sonrakı inkişafını təmin edir. Çıxışı zamanı zamanı səfir Qazaxıstan və Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var:

“Biz bir çox - ATƏT, BMT, Türk Şurası və MDB kimi beynəlxalq və regional təşkilatlarda sıx şəkildə əməkdaşlıq edirik. Qeyd etmək istəyirəm ki, Qazaxıstan həmişə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz bunu yüksək qiymətləndiririk”.