İlham Əliyev Albaniya prezidentinə başsağlığı verdi » Memur.az

İlham Əliyev Albaniya prezidentinə başsağlığı verdi

İlham Əliyev Albaniya prezidentinə başsağlığı verdiPrezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.