Tarix : 14-10-2019, 00:14 | Bölmə: siyaset

Zakir Qaralov Gəncəyə yeni prokuror təyin etdiBaş Prokuror Zakir Qaralovun əmri ilə Gəncə şəhərinə yeni prokuror təyin olunub.

Əmrə əsasən, Azad Qarayev Gəncə şəhərinin Prokuroru təyin edilib. O daha öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsini icra edib.

Bildirək ki, Azad Qarayev bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilən Fazil Həsənəliyevi əvəz edib.

Oxşar xəbərlər