Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı » Memur.az

Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı

Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardıSamux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur.