Azərbaycan polisi asayiş keşiyində məğrur dayanır » Memur.az

Azərbaycan polisi asayiş keşiyində məğrur dayanır

Azərbaycan polisi asayiş keşiyində məğrur dayanır
daxili işlər orqanlarının inkişafı daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ümummilli Liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər. Daxili işlər Nazirliyinin Polis Akademiyasında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan şərait Ulu Öndərin mənalı həyatının və eləcə də müasir Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin nüfuzunu artırmışdır. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək inkişafının təməli qoyulmuşdur.
Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu Öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və artıq 26 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir.
Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir.
Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir. O ki qaldı daxili vəziyyətə, Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir. Bütün iqtisadi layihələr uğurla icra edilir. İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri inkişafdadır.
Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. İnsanların rahat yaşamaları, səhər, axşam, gecə vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir reallıqdır.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam vardır. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu inkişafını təmin etməliyik və edəcəyik.
Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir.
Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir. Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıbdır. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır. Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm ki, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir. Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu texnologiyalardan səmərəli şəkildə istifadə edirik.
Polis orqanları qarşısında duran vəzifələrlə bağlı bir neçə kəlmə demək istərdim. Əlbəttə, ilk növbədə, asayişi qorumaq polisin əsas funksiyasıdır. Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər. İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir. Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır.
Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Bəli bütün bu şəraiti Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına dərin minnətdarlığımız bildiririk.

Vəfadar Orucov
Zaqata Rayon Polis Şöbəsinin rəisi
polis polkovniki