Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı » Memur.az

Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatı

Vilayət Eyvazovdan yol polisində yeni rəis təyinatıDaxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Memur.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Xalid Əzimov Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin rəisi təyin edilib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev saytımıza təyinatı təsdiqləyib.

Qeyd edək ki, bu barədə ilk xəbəri Unikal.org saytı yayımlayıb.