Tarix : 6-08-2019, 00:58 | Bölmə: siyaset

İlham Əliyev Donald Trampa başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

AZƏRTAC-ın xəbərinə görə, başsağlığı Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlıdır.

“Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə başsağlığında vurğulanır.

Oxşar xəbərlər