Erməni girovluğundan azad olunan azərbaycanlı evə buraxıldı » Memur.az

Erməni girovluğundan azad olunan azərbaycanlı evə buraxıldı

Erməni girovluğundan azad olunan azərbaycanlı evə buraxıldı
Erməni girovluğundan azad olunan Azərbaycan vətəndaşı Elvin İbrahimov Qazax Müalicə-Diaqnostika Mərkəzindən evə buraxılıb.

Dünən evə buraxılan E.İbrahimovun vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçmişdi.

İyunun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilən girovların dəyişdirilməsi əməliyyatında E.İbrahimov geri qaytarılıb.